Dünya koronavirusdan nə vaxt qurtulacaq? - Bill Qeyts tarixi dedi


  • 23:22 / 10 08 2020 |
  • Bölmə: Bilgi


"Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq".  

"Rupor" Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Microsoft”un təsisçisi Bill Qeyts “Wired”ə müsahibəsində deyib:

“Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”.


Bill Qeyts bildirib ki, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb:

“2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”.


Oxşar xəbərlər