İsmayıllının kəndində modul tipli məktəbin açılışı oldu - Fotolar


  • 18:58 / 14 09 2020 |
  • Bölmə: Bölgə


İsmayıllı rayonunun Maçaxı kəndində yeni modul tipli məktəb binasının açılışı olub. 20 şagird yerlik ibtidai məktəb binasının açlışında Rayon İcra Hakimiyyətinin başçısı iştirak edib.

"Rupor" xəbər verir ki, iştirakçılar öncə 2016-cı ilin aprel ayında şəhid olmuş  Mikayıl Vahabzadənin qəbrini ziyarət edib, gül dəstələri qoyub, ruhuna dualar oxuyub. Kənd sakinləri və şəhidin valideynləri ilə görüşən RİH başçısı səmimi söhbət edib, onların problemləri ilə maraqlanıb.

Rayon rəhbəri ziyarətdən sonra məktəblə tanış olub, yeni dərs ilinin başlanması münasibəti ilə kənd camaatına təbriklərini bildirib. Qeyd edək ki, 20 şagird yerlik ibtidai məktəb binası 5 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.

Xatırladaq ki, binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.

Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir






ilir.


Oxşar xəbərlər