Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz


  • 17:16 / 21 10 2020 |
  • Bölmə: Cəmiyyət


Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Rupor"a verilən məlumata görə, o, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.



Oxşar xəbərlər