Uşaq bağçasının kollektivi şəhid ailəsini ziyarət etdi - Fotolar


  • 14:31 / 21 11 2020 |
  • Bölmə: Cəmiyyət


Kür qəsəbə körpələr evi-uşaq bağçasının kollektivi şəhid Niyaməddin Məhərrəmovun qəbrini ziyarət edib, ailəsinə baş çəkiblər.
"Rupor" xəbər verir ki, Kür qəsəbə körpələr evi-uşaq bağçasının rəhbərliyi, bir qrup müəllim və körpələri ilə birgə II Qarabağ Döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Niyaməddin Məhərrəmovun qəbrini ziyarət edib, ailəsinə baş çəkiblər.
Şəhidin qəbri üstündə körpələr şeirlər səsləndirib, ailəsini ziyarət edərkən şəhidin xatirələrini dinləyib, ondan qalan yadigar fotoşəkillərlə tanış olublar.
Qeyd edək ki, şəhidimiz Məhərrəmov Niyaməddin İsrayıl oğlu 30 sentyabr 2020-ci il tarixində dünyasını dəyişib və Kür qəsəbə qəbirstanlığında dəfn edilib.
Hazırladı: İlkin Həsənov















Oxşar xəbərlər