İllərdir ürəyimə batan o ağrılı tikan çıxdı - Məqsəd Rəhimov


  • 09:30 / 09 12 2020 |
  • Bölmə: Cəmiyyət / Köşə


Bu film Azərbaycan ekranlarına çıxanda mənim 20 yaşım olardı .İlk dəfə Qarabağ müharibəsindən bəhs edən bir kinoya baxırdım. İndiyə kimi yadımdadı. Ali məktəbdə 2-ci kursda oxuyurdum. Yetərincə həyatı dərk edir, baş verənləri anlayır, özüm özümdə analiz edə bilirdim. Söhbət Vaqif Mustafayevin ssenarisi əsasında çəkilmiş, mərhum sənətkarımız Ceyhun Mirzəyevin quruluşçu rejissoru və baş rolun ifaçısı olduğu “Fəryad” filmindən gedir. 
Bu film 1-ci Qarabağ müharibəsinə həsr olunmuşdur və həmin ekran əsərinin baş qəhrəmanın prototipi var idi və burada təsvir olunan hadisələr real faktlara əsaslanırdı. Həmin filmdə Ceyhun Mirzəyev əsl Azərbaycanlı döyüşçüsü, mərd, qeyrətli bir vətən oğlu kimi içərisində olan iztirab və yaşadığı dəhşətləri tamlığı ilə biruzə verən bir İsmayıl obrazını yaratmışdı. Həmin filmdə bu günlərə qədər ürəyimə bir dağ çəkən, hər zaman baxanda qəlbimi incidən epizodlar var idi. Mərhum sənətkarımız Məlik Dadaşovun oynadığı Xaçaturyans obrazı isə ermənilərə olan nifrətimi 100 dəfələrlə artırmışdı o zaman. Yəqin ki, hamı o səhnələri yaxşı xatırlayır. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal etdikcə Xaçaturyans yaralı halda olan, onsuz da mənəvi əzab çəkən İsmayılın yanına hamını yığır və elan edirdi ki, ermənilər Xocalı, Şuşanı və digər rayonları işğal ediblər. Bundan sonra mahnı qoyub rəqs edirdilər. Bu rəqs və mahnı illərdi qəlbimin dərinliyində bir ürək ağrısı, bir nisgil, bir xəcalət hissi idi qəlbimdə... 
Sentyabrın 27-də Ali baş komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi ilə bağlı müzəffər ordumuza verdiyi əmr və başlanan müharibə qəlbimdə bir ümid işığı yandırdı. İnanırdım ki, bu haqq savaşında Azərbaycan qalib gələcək. Çünki bunun üçün dövlətimiz bütün vacib və lazımi işləri görmüşdü. İstər ordu quruculuğunda, istər siyasi müstəvidə, istər də informasiya məkanında.
Cənab Ali Baş Komandan və bütün xalqımız bu torpaqların azad olunması savaşına bir yumruq olaraq birləşərək qatılmışdı. Elə 2-ci Qarabağ Müharibəsi başlandığı ilk günlərdən əsgər və zabirlərimizin böyük ruh yüksəkliyi, döyüşərək erməniləri məhv etmək istəyi, torpaqlarımızı işğaldan azad etmək arzusu hiss olunurdu və bu özünü döyüş meydanlarından açıq aydın göstərirdi. Müharibə başlanan ilk günlərdən ürəyimdə illərdir gəzdirdiyim o nisgilin, o acinin sona yetəcəyini, torpaqlarımızın azad olunacağını, ordumuzun qələbə çalacağına inanırdım və əhd etmişdim ki, Şuşa alınan gün həmin o filmdə olduğu kimi həmin o dəhçətli mahnının sədaları altında doyunca rəqs edəcəm və neçə illərin ağrisi və nisgilini qəlbimdən çıxaracam.
Başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla bütün ordumuza, qəhrəman, döyüşkən, mərd, mübariz hərbiçilərimizə dərin minnətdarlığımı bildirirəm, canların keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm ki, mənim bu arzumu ürəyimdə qoymadılar. Şuşa alınan gün, cənab Ali Baş Komandan həmin şad xəbəri elan edən gün mən illərdir qəlbimdə yaşadığım o nisgildən qurtardım. Uzun müddətdir ürəyimə batan o ağrili tikan sanki çıxdı.. Həmin o filmdə olan mahnının sədaları altında doyunca rəqs etdim... Bəlkə də kənardan bir qədər də qəribə görünürdü. Amma heç nə gözümə görünmürdü. 
Bu günü illərdi gösləyirdim ki, bütün dünyaya hayqıram ki, rəşadətli Azərbaycan ordusu erməniləri məhv edərək torpaqlarımızı azad etdi. Sonra sosial şəbəkələrdə bu mahnıya rəqs edən çox insanlar gördüm. Deməli o acılı hissləri qəlbində yaşadan təkcə Mən deyildim. Milyonlarla azərbaycanlı ermənilərin o vəhşiliklərinin, o törətdikləri cinayətlərin və dəhşətlərin nisgilini qəlblərində yaşadırdılar... 
Çox olduqca sevinc dolu fəxarət verəcək bir tarix oldu bu Vətən müharibəsi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, qanları bahasına müzəffər ordumuzun, qətiyətli ali baş komandanın birgə yazdıqları bir tarix. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı sülhsevən və qonaqpərvər, səbirli olduqları qədər də döyüşkən, mərd, mübarizdirlər. Bu Vətən Müharibəsi idi. Elə bir savaş ki, bütün dünyaya türkün gücünü bir daha göstərdi.
Hər an döyüşə, torpaqlarımızın azad olunmasına hazır olan mərd oğullarımız döyüş meydanlarında düşmənin üzərinə gedərək heç bir çətinlikdən, hətta ölməkdən belə qorxmayaraq şəhadət zirvəsinə yüksəlmək üçün böyük məhəbbət və ruh yüksəkliyi ilə gedirdilər. Şuşanın alınması zamanı arteleriyasız, uçan aparatsız, yalnız yalın əllə, yalnız bıçaq və tapanca ilə düşmənin qarşısına sıldırımlarla qalxan, yaralı qardaşlarını özləri ilə çıyınlərində daşıyaraq ermənilərin müdafiəsini yarmağa nail olan, şəhid versələrdə bir addım geri çəkilməyən və qanları bahasına qədim şəhərimizi azad edən vətən oğulları bir daha sübut etdilər ki,  Azərbaycan əsgəri, Azərbaycan hərbisi, vətəndaşı böyük gücə, qüvvəyə, bacarığa malikdir.
30 il ərzində böyük savaşa hazırlaşaraq qalib gəlmək bir daha millətimizin, dövlətimizin gücünü bütün dünyaya göstərdi. Böyükdən kiçiyə hər kəsin Ali Baş Komandanın ətrafına bir yumruq kimi birləşərək haqq savaşına qalxdığı bir müharibə idi bu savaş. İllərdir istər xarici diplomatiya, istər iqtisadiyyat, istərsə də hərb sahəsində ölkəmizin əldə etdiyi uğurların, görülən işlərin, aparılan islahatların nəticəsi idi bu Qələbə.
Hələ uzun illər bu möhtəşəm qələbəmiz, müzəffər ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar, Azərbaycanın hərbi gücü və döyüşkənliyi müzakirə mövzusu olacaq. Xalqımla, Ali Baş Komandanımla, müzəffər ordumla, canından keçən vətən oğulları ilə, şəhidlərimlə qürur duyuram. Bu sevinci Mənə, milyonlarla xalqıma yaşatdığı üçün, qürurumuzu, mübarizliyimiz, inamımızı bizə qaytardığına görə hər birinə dərn minnətdarlığımı bildirirəm, şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirəm. 
Yaşasın Azərbaycan!! Qarabağ Azərbaycandır!!!




Oxşar xəbərlər