
Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
"Rupor" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Ermənistan prezidenti yüksək hərarət və ağ ciyərlərinin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
