Koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edildi


  • 13:30 / 13 01 2021 |
  • Bölmə: Dünya


Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir.
"Rupor" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.
O qeyd edib ki, üçüncü dalğa ilə mübarizədə dünya təcrübəsindən istifadə ediləcək və yoluxmanın minimuma endirilməsi istiqamətində iş aparılacaq.



Oxşar xəbərlər