Müəllimlərin maaş artımı ilə bağlı Açıqlama




      Bölmə: Sosial Tarix: 29.10.2023 / 00:44

“Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimizin əmək haqqlarında artımlar olacaq. Təbii ki, istənilən halda əmək haqqı artımı müsbətdir və davamlı olmalıdır. Bununla belə, diferensial əmək haqqı sisteminin təkmilləşdirilməsi və daha ədalətli mexanizmlər ilə maaş artımlarına gedilməsi olduqca vacibdir”.

RUPOR.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır:

“Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 minin əmək haqqında 35 faiz artım olacaq. Yəni, imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.

Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir.

Yəni, 50 bal toplayan ilə 30 bal toplayanın əmək haqqısında eyni artım nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır.
Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil.

Çünki, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir.

Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 48 və daha yüksək bal toplamış müəllimlərimizin əmək haqqlarının da 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin.

Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. 2024-cü ildə də artımlar davam edəcək.

Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Deməli, dövlət büdcəsindən ayırmaların artması fonunda diferensial əmək haqqı mexanizmi qənaəti deyil, daha yüksək nəticələri təşviq etməlidir”. /yeniavaz.com/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---