30 il əvvəl türk hərbçisini öldürənlər ələ keçdilər - Suriyada


  • 17:56 / 04 07 2020 |
  • Bölmə: Dünya


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyat nəticəsində 1990-cı ildə türkiyəli hərbçi Zəfər Tokanı qələ yetirmiş şəxslər ələ keçirilib.

"Rupor"un Trend-ə istinadən məlumatına görə, əməliyyat zamanı 3 nəfər, Saleh Osman, Həsən Abdulla və Məhəmməd Məhəmməd adlı şəxslər saxlanılıb.

Həmin şəxslər 30 il əvvəl qaçaqmalçılıqla məşğul olarkən onların qarşısını almağa çalışan Z.Tokanı qətlə yetirdiklərini etiraf edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Oxşar xəbərlər