"Türkiyə ilə münasibətlər tarixin dönüş nöqtəsindədir" - Cozep Borrell


  • 13:22 / 15 09 2020 |
  • Bölmə: Dünya


"Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətləri dönüş nöqtəsindədir".

"Rupor" "Reuters"-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsilik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  Avropa Parlamentində çıxışında deyib. 

"Əlaqələrimiz tarixin dönüş nöqtəsindədir, önümüzdəki günlərdə baş verəcək hadisələrə uyğun olaraq bu əlaqələr bir və ya digər tərəfə doğru dəyişəcək", -deyə Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi Ankaranı Şərqi Aralıq dənizində münaqişədən geri çəkilməyə çağırıb.

Qeyd edək ki, növbəti həftə Aİ liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcək.


Oxşar xəbərlər