Gizli and içən Lukaşenko hadisəyə aydınlıq gətirdi


  • 13:22 / 24 09 2020 |
  • Bölmə: Dünya


Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasiminin gizli xarakter daşıması ilə bağlı iddiaları inkar edib.

“Rupor” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Hərbçilərlə birlikdə mərasimə təxminən 2 min adam dəvət edilmişdi, bunu gizli saxlamaq demək olar ki, mümkün deyil”,- deyə Lukaşenko qeyd edib.

Lukaşenko, bəzi qonşu dövlətlərin ölkədə keçirilən andiçmə mərasimi ilə əlaqədar qeyri-konstruktiv bir mövqe tutduqlarını bildirib. Belarus lideri bunun respublikanın daxili işi olduğunu və Qərb dövlətlərinin mərasimlə əlaqədar əvvəlcədən xəbərdar edilməsi kimi bir öhdəliklərinin olmadığını qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-ü Aleksandr Lukaşenkonun 6-cı dəfə Prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə Müstəqillik Sarayında gizli inauqurasiya mərasiminin keçirildiyi, bu tədbirin tarixinin son ana qədər gizli saxlanıldığına dair məlumat yayılmışdı.


Oxşar xəbərlər