"Hələ də Vaşinqtondan qarşılıqlı diqqəti görmürük" - Zaxarova şikayətləndi


  • 21:02 / 24 09 2020 |
  • Bölmə: Dünya


"ABŞ-ın daxili siyasi proseslərinə müdaxilə etmədiyimizi və etmək niyyətində olmadığımızı dəfələrlə bildirmişik".

"Rupor" Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Maliyyə Nazirliyinin ölkəsinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

Mariya Zaxarova vurğulayıb ki, bütün mövcud məsələlərin danışıqlar masasında peşəkar və ya qeyri-siyasi olaraq nəzərdən keçirilməsini dəfələrlə təklif etmişik:

"Ancaq təəssüf ki, hələ də Vaşinqtondan qarşılıqlı diqqəti görmürük. Onlar seçkiqabağı daxili siyasi mübarizədə spekulyasiya edirlər və müttəfiqlərini Rusiyaya qarşı birləşdirməyə çalışırlar".


Oxşar xəbərlər