
Rusiyanın Ximki şəhərində iki yaşayış binasının damında yanğın baş verib.
"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğının sahəsi 500 kvadratmetrə qədər artıb. Hadisə baş verən yerdən 100 nəfər təxliyə edilib.
