Əfqanıstanda terror - Xeyli sayda itki var


  • 13:28 / 29 11 2020 |
  • Bölmə: Dünya / Hadisə


Əfqanıstanın Qəzni şəhərində baş vermiş partlayış nəticəsində azı 26 nəfər həlak olub, 16 nəfər yaralanıb. "Rupor" “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə “1TV” telekanalı xəbər verib.
Məlumata görə, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun hərbçiləridir. İlkin versiyaya görə, minalanmış avtomobil Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partladılıb. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, partlayışdan əvvəl atışma olub.
Əfqanıstanın bu regionunda fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.




Oxşar xəbərlər