Ermənilər Qarabağa bu şərtlərlə qayıdır - Deputat açıqladı




      Bölmə: Gündəm Tarix: 28.10.2023 / 01:10

Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin geri dönüşü ilə bağlı fərqli yanaşmalar səslənir. Amma burada onların hansı şərtlərlə geri qayıdışı aydınlaşmalıdır. Sözsüz ki, onların kütləvi şəkildə qayıdışının əleyhinəyəm. Onlar ərazimizdən öz istəkləri ilə gedib. Soyqırımına məruz qalmış, çox sayda yaxınlarını Xocalı soyqırımı zamanı itirmiş Azərbaycan vətəndaşı kimi bunu deyirəm. Azərbaycanın Qarabağ bölgəsində yaşayanların içərisində əli azərbaycanlıların qanına batmayan, soyqırımı və işğalda günahı olmayan erməni yoxdur. Hamısının bu məsələlərdə iştirakı, günahı var.

RUPOR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, vaxtilə azərbaycanlılara qarşı həmin ermənilər əlində silah döyüşüb, bəziləri isə onlara yardım edib:

“Kimlərsə də azərbaycanlılara qarşı döyüşənlərin ailə üzvü olub. Azərbaycana qarşı 30 ildən artıq müddətdə aparılan işğalçılıq müharibəsində, soyqırımında orada olan ermənilərin günahı var. Ona görə də, onlar ərazimizdən çıxıb gediblər.

Prezident İlham Əliyevin də bəyan edib ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməmiş, ölkə vətəndaşlığını qəbul edən, qanunlarına tabe olan, 1988-ci ilə qədər Qarabağda yaşayan ermənilərin ərazimizdə yaşamasına razılıq var".

Deputatın fikrincə, ən yaxşı variant təxribatçı ermənilərin ərazimizə buraxılmamasıdır: "Bununla bağlı təkliflərlə çıxış edən Avropa Parlamenti, Avropa İttifaqı və digər təsisatlar yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin”.

Elman Məmmədov hesab edir ki, Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edib:

“Burada Qərbi azərbaycanlılarla bağlı aparılan müqayisə də qüsurludur. Qərbi azərbaycanlıların tarixi ata-baba yurdlarına, indiki Ermənistana qayıdışı onların fundamental haqqıdır. Ermənistan rəhbərliyinin ermənilərin də guya vaxtilə Azərbaycan ərazisində yaşadığı bölgələrə qayıtmasını şərt kimi irəli sürməsi heç bir tarixi fakta əsaslanmır. Çünki ermənilər bu ərazilərə sonradan çar Rusiyası tərəfindən yerləşdirilib. Qərbi Azərbaycan və İrəvan isə tarixi Azərbaycan torpağıdır. Burada 1988-ci ilə qədər, yəni Ermənistanın həyata keçirdiyi sonuncu deportasiya siyasətinə qədər yüz minlərlə azərbaycanlı yaşayıb”./Teleqraf.com/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---