Ceyhun Bayramov Serbiyada görüşlər keçirdi




      Bölmə: Gündəm Tarix: 08.11.2023 / 11:20

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Serbiya Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Aleksandr Vuçiç və Ceyhun Bayramov ikitərəfli münasibətlərin ənənəvi olaraq dostluq münasibətlərinə, qarşılıqlı etimada və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslandığını məmnunluqla ifadə ediblər.

“Prezident Vuçiç Azərbaycan Respublikasının Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə xüsusi minnətdarlığını bildirib”, - bəyanatda deyilir. 

Prezident İlham Əliyevin salamlarını çatdıran C.Bayramov Serbiyanın müstəqil xarici siyasətinə, eləcə də iqtisadiyyatının gözəl nəticələrinə hörmətlə yanaşdığını bildirib.

Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib, həmçinin Belqrad və Bakı arasında müntəzəm hava yolu marşrutunun açılmasının buna töhfə verəcəyi ifadə olunub.Görüşdə enerji məsələsinin də müzakirə olunduğu bildirilib.

Ceyhun Bayramov həmçinin serbiyalı həmkarı İvitsa Daçiç ilə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Ceyhun Bayramov iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman müdafiə edən Serbiyaya təşəkkür edib.

Ceyhun Bayramov yeni əməkdaşlıq və layihələr üçün birgə fəaliyyət aparmağın vacibliyini vurğulayıb.

Daçiç də öz növbəsində Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin enerji və qaz sahələrində Azərbaycanla daha çox əməkdaşlığa açıq olduğunu qeyd edib.

Bayramov və Daçiç diplomatik nümayəndələrin ailə üzvlərinin ödənişli işlə təmin olunmasına dair əməkdaşlıq protokolu da imzalayıblar.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---