KİVDF Vüqar Səfərlinin qəzetinə maliyyə ayırmadı - Səbəb


  • 18:55 / 04 07 2020 |
  • Bölmə: Gündəm / Sosial


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

"Rupor" Unikal.org-a istinadən xəbər verir ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qəzeti maliyyə vəsaiti ayrılan qəzetlərin siyahısından kənarda qalıb.

“Mövqe” qəzetinin KİVDF-nin müsabiqə qaydalarına uyğun gəlmədiyi bildirilir.

Xatırladaq ki, Vüqar Səfərlinin quruma rəhbərlik etdiyi dövrdə qəzetə ildə 240 min manat vəsait ayrılırdı.


Oxşar xəbərlər