“52 minlik saatını satıb maşın alsın” – Nazənindən Təranəyə




      Bölmə: Şou Tarix: 12.11.2023 / 20:16

“Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər.

RUPOR.AZ xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “Rəngarəng səhər” verilişində qonaq olarkən deyib. O, geyimlərinin qiymətinin süni şəkildə artıran həmkarlarını tənqid edib:

“Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal müğənnidirlər, insan arasına çıxırlar, o 52 minə dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının keyfini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər. Əziz tamaşaçılar, onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq vermək üçündür. Siz bunu özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz körlanmasın.

Keçən səfər bir məclisdə idim. Xanımlar yaxınlaşdılar söylədilər ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də şişildilmiş giymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ salmaq deməkdir”

Xatırladaq ki, sözgedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat xərclədiyini açıqlamışdı.

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan “Bazar səhəri” verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı. /axşam.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---