Bakıda biznesmeni izləyib yarım milyonunu oğurlamışdı - 9 ay sonra həbs olundu




      Bölmə: Hadisə Tarix: 30.11.2023 / 11:55

Ötən ilin avqustunda Bakı şəhər Nərimanov rayonunda iş adamına hücum edərək onun yarım milyon manata yaxın pulunu alan dəstə üzvlərindən biri Rusiyada tutulub.

RUPOR.AZ-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Yusif Əliyev bu ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, Yusif Əliyev tanışı, iş adamı Bəxtiyar M.-in valyutadəyişmə işi ilə məşğul olduğunu bilib. Hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki evindən Nərimanov rayonunda yerləşən evinə gətirib. Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışı Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib və pusqu qurub. Özü isə kənarda avtomobildə gözləyib. Bəxtiyar M. binaya daxil olarkən Faiq ona hücum edərək zərbələr endirib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər. Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində onların hər birinə 11 il həbs cəzası verilib.

Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin məhkəməsi isə noyabrın 27-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1 uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib. /qafqazinfo/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---