Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA




      Bölmə: Gündəm Tarix: 04.12.2023 / 16:48

Azərbaycanda bir neçə ildir evlənəcək şəxslər nikahdan öncə tibbi müayinədən keçirlər. 2015-ci ildən qüvvəyə minən qanuna əsasən, evliliyə namizədlər talassemiya daşıyıcılığı, QİÇS və sifilis xəstəlikləri üzrə yoxlanılırlar.

Əgər cütlüklərin birində sadalanan xəstəliklərdən hər hansı biri aşkarlanarsa, onlara bu haqda məlumat verilir, seçim isə öz öhdələrinə buraxılır.
Ölkədə ailədaxili şiddətə dair yayılan məlumatlar və boşanmaların sayındakı artım cəmiyyətdə cütlüklərin xarakter uyğunluğu və şiddət göstərməyə meylli olanların öncədən müəyyən olunması üçün psixoloji testdən keçirilməsi tez-tez müzakirə olunur.

Ayrı-ayrı tibb sahəsinin mütəxəssisləri və hüquq müdafiəçiləri də müzakirələr zamanı bu testin boşanmaların və ailədaxili şiddətin sayının azalmasına kömək edəcəklərini bildiriblər. Lakin məsələ müzakirə mərhələsindən atlamayıb.

Müzakirələr bu təklifin qanunda öz əksini tapmasına kömək ola bilərmi?

Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli psixoloji testə ehtiyac olmadığını deyib:

“Biz bir aspekti nəzərə almalıyıq, yoluxucu, insan sağlamlığına problem yaradacaq, gələcək ailənin sağlamlıq təhlükəsizliyinə xətər yetirə biləcək müayinələrin aprılması önəmlidir. Bu, bizim gələcək ailələrimizin sağlamlığının mühüm bünövrəsini təşkil edir. Birmənalı şəkildə çox irəli addımdır və hər birimiz alqışlayırıq.

Davamlı şəkildə müxtəlif şəsxlər hər kəsin öz fikrinə görə, müxtəlif müayinələrin keçirilməsi məsələlərini də ortalığa atırlar. Amma biz bir şeyi dərk eləməliyik ki, insanların bir-birinə olan münasibəti, insanları bir-birini bir ailə üzvü kimi qəbul etməsi iki şəxsin özünə aid olan məsələdir”.

Deputatın fikrincə, sözügedən testin keçirilməsi insanların daxili işinə müdaxilə etməkdir:

“Müayinələrin hər birinin özünəməxsus aktuallığı var. Onu əsas gətirərək bunu sanki müəyyən bir administrativ tələblər topluluğuna çevirməyimiz dünyanın heç bir yerində yoxdur. Ona görə də ailə sağlamlığına xətər yetirə biləcək, ziyan gətirəcək yoluxucu xəstəliklər var ki, bunların yoxlanışı çox vacibdir, bunun yoxlanmasını da dövlət aparır. Digər məsələlər isə hər bir fərdin özünün seçimidir. Hər bir şəxsin öz ailəsini müəyyənləşdirmə hüququ var, insanların daxili məsələlərinə bu qədər müdaxilə etməməliyik”. /bizim.media/







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---