ABŞ-da Prezident seçkisi təxirə salına bilər - Trampdan təklif


  • 23:22 / 30 07 2020 |
  • Bölmə: Gündəm / Dünya


Donald Tramp ABŞ-da prezident seçkilərini daha gec tarixə təxirə salmağı təklif edib.

"Rupor" "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə o, "Tvitter"də yazıb.

“Əgər poçt vasitəsilə ümumi səsvermə keçirilsə, 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxta seçkilər olacaq. Bu, ABŞ üçün böyük bir təhqir olacaq. İnsanlar düzgün, etibarlı və təhlükəsiz şəkildə səs verə bilməyənə qədər seçkiləri təxirə salmaq???”
- deyə, Tramp qeyd edib. 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub. Ölkədə koronavirus pandemiyası şəratində seçkilərin hansı formada keçiriləcəyi barədə aktiv müzakirələr gedir.  


Oxşar xəbərlər