Siyəzəndəki yanğında iki nəfərin öldüyü xəbəri yayıldı - Yeniləndi - Video


  • 19:58 / 31 07 2020 |
  • Bölmə: Gündəm / Hadisə / Bölgə


Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

"Rupor" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayb. 

Məlumatda bildirilir ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

“Qafqazinfo” da yanğın hadisəsi ilə bağlı xəbər yayıb. 

Xəbərdə bildirilir ki, yanğın zamanı iki nəfər dünyasını dəyişib.

Aağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.  

APA xəbər verir ki, C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.





Oxşar xəbərlər