Ağır şəraitdə yaşayan ailənin şəhid oğlunun ruhu fəryad qoparır - Bərdədə


  • 17:47 / 24 08 2020 |
  • Bölmə: Gündəm / Bölgə / Şikayət


Şəhid ruhunun ürək dağlayan məktubu

“Mən Fazil Zeynalovam. Cismim Bərdənin Şəhidlər Xiyabanının 3-cü sırasının 3-cü qəbrində dəfn edilib. Digər şəhidlər kimi, ruhum şəhid olduğum yerlə  yaxınlarımın yaşadığı yer arasında vargəl edir. Məktubu necə yazırlar bilmirəm, çünki bu hər iki dünyada yazdığım ilk məktubdu. Yəqin ki, həm də son məktub.
Ağdamın işğalından sonra ailəmiz  Bərdədə məskunlaşıb. Atam mənsizliyə çox dözməyib gəlib yanıma. İndi onunla bir yerdəyəm haqq dünyasında. Nigarançılığım hər üçü xəstə olan anam, bacı və qardaşımdandır.
Bərdədə yaşayan anamgilə hər dəfə gedəndə onları harasa məktub yazan yaxud məktublarına cavab gözləyən görürəm. Neynəsinlər, çiy kərpicdən tikilmiş evdə daha yaşamaqları mümkün deyil. İstəkləri evlə təmin olunmadır. Ünvanlar müxtəlif olsa da cavablar eynidir. Yeni ev tikiləndə müraciətinəzə baxılacaq!
20 yaşında şəhid oldum, sentyabrın 5-həm ad günümdü, həm şəhidlik zirvəsinə ucaldığım gün.
Amma həmin gün anamgilə getməyəcəm, onlari  25 ildi ağır  vəziyyətdə yaşadıqlarını görməmək üçün...”


Ürək dağlayan bu məktub 1975-ci ildə Ağdamın Şelli kəndində doğulub, 1995-ci ildə Çəmənli kəndinin müdafiəsində şəhid olan Fazil Zeynalovun adından yazılıb. Yox, bu məktubu elə şəhidin ruhu yazıb. Ruhlar həmişə doğmlarının hər anını görürlər, hiss edirlər. 

Zibilxanada məskunlaşan şəhid anasının oğlu və qızı da xəstədir

Şəhid anası Raya Zeynalova ilə söhbətləşirik. Deyir ki, Ağdamdan qaçqın düşüb Bərdənin Pambıqçılıq sanotoriyasında məskunlaşıblar. Zibil tökülən yeri təmizləyib bir daxma tikiblər. Müvəqqəti sığınacaq kimi. 25 ildən çoxdur ki, burdadırlar. Qızı Şəhla və oğlu Tacir xəstədir, işləmirlər. Dövlət müavinətləri ilə ev tikə bilmirlər. Müxtəlif orqanlara müracətlərinə isə müsbət cavab gəlmir.
Şəhid ailəsi və məcburi köçkün stasuslarına baxamayaraq. 

Şəhid ailəsinin yaşadığı əraziyə baxırıq. Sanki yuxudayıq, şəhidə belə münasibətin mövcudluğuna inanmaq mümkün deyil. Ölkə başçısı və hörmətli Birinci-vitse prezident şəhid ailələrinin qayğısnı çəkdikləri halda məmurların biganəliyi və saymazlığı adamda ikrah yaradır. Axı ölkənnin birinci şəxsi hər bir vətəndaşın şəraitindən necə xəbər tutsin? Bəli, onun yerdəki məmurları vətəndaşın probleminə əncam çəkməlidir, bacarmırsa, yuxarı orqanları məlumatlandırmalıdır. Yoxsa ki, şəhid ailəsinin zülmünü görməzdən gəlməyin adı nədirsə, qoy ədalət danışsın. Zatən danışır da. Ölkədə ciddi islahatlara başlanılıb. Korrupsiyaya qarşı vicdan müharibəsi aparılır. Növbə Bərdəyə də gəlib çatar!

Şöhrət Eyvazov


 
 








Oxşar xəbərlər