Rusiya İran üzərindən Dağlıq Qarabağa silah göndərdi - FOTOFAKT


  • 12:00 / 07 09 2020 |
  • Bölmə: Gündəm / Hadisə


Rusiyanın Ermənistanı kvotanı nəzərə almadan silahlandırması danılmaz faktarla dəfələrlə sübut olunub. Dünən sosial şəbəkələrdə bu mövzuda daha bir məlumat yayılıb:

Fotoların da əlavə olunduğu məlumatda bildirlir: 

"Bu gün İran-Ermənistan sərhədində yerləşən Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus çoxlu sayda silah və hərbi texnika Ermənistan və Dağlıq Qarabağ ərazisinə daşınıb". 

Xatırlatma: Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.








Oxşar xəbərlər