Tofiq Yaqubluya qarşı ifadə verməkdə ittiham olunan şəxs danışdı - Video


  • 20:23 / 14 09 2020 |
  • Bölmə: Gündəm / Video / Cəmiyyət


Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib. 

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi feysbuk səhifəsində açıqlama verən N.Acalov hadisənin şahidi olmadığını və bununla bağlı heç kimə qarşı ifadə vermədiyini bildirib. O, yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.
Acalovun sözlərinə görə, sosial şəbəkələrdə onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. Qeyd edib ki, sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub
N.Acalov bildirib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.





Oxşar xəbərlər