DİN jurnalistin rəisə qarşı itthamlarına "onun özündən şikayətlər var" məzmununda cavab verdi


  • 17:10 / 15 09 2020 |
  • Bölmə: Gündəm / Bölgə


"Sənan Abdullayevlə" (Həsənoğlu)  bağlı Ağcabədi Polis Şöbəsinə iki şikayət daxil olub. Hazırda həmin şikayətlər müvafiq qaydada araşdırılır".

Bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki  Ehsan Zahidov jurnalist Sənan Həsənoğlunun Ağcəbədi Polis Şöbəsinin rəisi Ənvər Həsənova qarşı səsləndirdiyi ittihamlara cavab olaraq bildirib. 

DİN rəsmisi onu da vurğulayıb ki, Rayon Polis Şöbəsində  heç bir əməkdaş o cümlədən rəis heyyəti Sənan Abdullayevə zərrə də olsun neqativ davranış sərgiləməyiblər və ümumiyyətlə onunla özünün söylədiyi mövzuda heç bir ünsiyyət qurulmayıb. 

Xatırladaq ki,  jurnalist Sənan Həsənoğlu Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polkovnik leytenant Ənvər Həsənovun ona təzyiqlər göstərdiyini iddia edib. 
O, internetdə müəllifi olduğu "Xəbər kanalı"da hazırladığı verilişdə bildirib ki, AğaGöl Mili Parkının mühafizə sistemində nöqsanların olduğu ilə bağlı süjet hazırladıqdan sonra polis rəisi ona hədə-qorxu gəlib. 

S.Həsənoğlu iddia edir ki, 2019-cu il parlament seçkilərində 82-saylı Ağcabədi seçki dairəsindən namizəd olanda da, həmin rəis ona bu yoldan geri çəkilməsini, mübarizəni Yeni Azərbaycan Partiyasının namzizədi Tahir Rzayevin (Tahir Rzayev hazirda Milli Məclisin üzvüdür-red) xeyrinə yarıda dayandırmasını tələb edirmiş. 

Həmin ərəfədə seçki mühitində qeyri-demokratik abu-havasının yaranmasını, dövlətin seçki prosesinə xələl gəlməsini, beynəlxalq təşkilatların Azərbaycan demokratiyasını hədəfə almasını istəməyən jurnalist polis rəisinin namizədlərə təzyiqlərini nə DİN rəhbərliyinin diqqətinə çatdırb, nə də ictimailəşdirib. 

AğGöldən hazırladığı reportajdan sonra vəziyyət daha da mürəkkəbləşib və S.Həsənoğlu Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazova "rəisin əməllərinə son qoyun" məzmunda xahiş-müraciət ünvanlayıb.

Qasım Abbasov 



Oxşar xəbərlər