Azəbaycan Ordusunun giziri Tovuzda yaralandı - RƏSMİ


  • 10:25 / 15 09 2020 |
  • Bölmə: Gündəm / Hadisə


Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

"Rupor" Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən  məlumat verir ki, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.


Oxşar xəbərlər