Mehriban Əliyeva məktəbliləri və tələbələri təbrik etdi - FOTO


  • 12:58 / 15 09 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

"Rupor" xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"



Oxşar xəbərlər