Türk dünyasına xidmət edəcək yeni sayt yarandı - TURAZ.İNFO


  • 20:54 / 15 09 2020 |
  • Bölmə: Gündəm / Dünya


Saytn təsisçisi jurnalistika üzrə "Tərəqqi" medalı mükafatçısı Şöhrət Eyvazovdur 

KIV ailəsinə yeni sayt daxil olur. TURAZ.İNFO adlanan sayt Azərbaycan-Türkiyə qardaşılığının dünəni, bu günü və sabahına xidmət edən inforamsiyaların məkanı, bazası rolunu oynayacaq. 
Syatın təsisçisi, jurnalistika üzrə "Tərəqqi" medalı mükafatçısı Şöhrət Eyvazov "Rupor"a açıqlamasında bildirib ki, ali məqsəd strateji planda ibütün türk dövlətlərinin – gələcəyin “Turan Birliyi”nin yaradılması istiqamətində cərəyan edən proseslərə  informasiya dəstəyi göstərməkdir.
"Saytın 15 sentyabrda fəaliyyətə başlaması təsadüfi deyil. Bu təqdimatı 102 il bundan əvvəl Qafqaz İslam Ordusunun Bakını isğaldan azad edilməsinə ithaf edirik . Azərbaycan - Türkiyə qardaşlığı həmişə olub. Hazırda isə bu münasibətlərin yeni mərhələsi başlayıb. Çanaqqala savaşında azərbaycanlıların iştirakında, Şamaxı döyüşlərində türk qardaşlarımızın şəhidlik zirvəsinə ucalmasında, Nəriman Nərimanovun Türkiyəyə köməyi “əvəzsiz qardaşlıq payı” adlandırmasında, Atatürkün “Azərbaycanın sevinci öz sevincimiz, kədəri isə öz kədərimzidir”, Heydər Əliyevin “Bir millət iki dövlətik” deməsində türkün türkə qardaşı münasibəti bariz əks olunub. Bu gün Türkiyə Prezidenti Qarabağ problemin öz dövlətinin problemi hesab edir, Azərbaycan Prezdenti hər sözündə qardaş ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə inam sərgiləyir və hər iki prezident bu əlqələrin daha da sıx və intensiv olduğunu əməlləri ilə sübut edirlər". 
Şöhrət Eyvazov Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda birgə həyata keçiridiyi genişmiqyaslı “TurAz Qartalı-2020” təlimlərindən də söz açıb. O, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında bu təlimlərlə bağlı yazılan şüarı xatırladıb: 
“Türkə yuvadır göydə buludlar, Vətənə zirehdir sərhəddə qartallar, Bayrağın əbədi dalğalanacağını təsdiqlər, Bir-birinə söykənən uca dağlar – Azərbaycan-Türkiyə”.
Saytda Azərbaycan və Türkiyənin gündəmində olan əsas mövzularla yanaşı, ortaq problemlər, hərbi və digər sahələrdə əməkdaşlığa dair araşdırmalar da yer alacaq.

Qeyd edək ki, TurAz.info saytının təsisçisi Şöhrət Eyvazov 1996-1998-ci illərdə Türkiyə Cumhuriyyətində hərbi ixtisasartırma kurslarında iştirak edib və mətbuatda mütamadi olaraq müfaviq mövzularla bağlı yazıları dərc olunub.

Samirə Babayeva


Oxşar xəbərlər