Düşmən təxribatı zamanı Tovuzda dağıdılan evlər yenidən tikilir - VİDEO


  • 10:15 / 20 09 2020 |
  • Bölmə: Gündəm / Bölgə


Düşmənin Tovuz təxribatları zamanı ermənilərin fərdi yaşayış evlərini atəşə tutması nəticəsində Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov yaşadığı evdə dünyasını dəyişmişdi.

Həmçinin həmin hadisə zamanı Əziz Əzizovun evi də yarasız vəziyyətə düşmüşdü. Hazırda həmin ev sökülərək, yerində yenisi inşa edilir.

"Rupor" xəbər verir ki, bu barədə "Yeni Müsavat" Media Qrupunun  Tovuz rayonuna ezam olunmuş reportyorları xəbər verib. 

Bu ilin iyul ayında ermənilərin kəndi atəşə tutmaları nəticəsində zərər görən bütün fərdi yaşayış evlərinin, ölkə rəhbərliyinin göstərişi ilə təmir-tikintisinə başlanılıb.





Oxşar xəbərlər