Lukaşenkonu prezident kimi tanımayan ölkələrin sayı 6 oldu - ABŞ-da qoşuldu


  • 09:41 / 24 09 2020 |
  • Bölmə: Gündəm / Dünya


ABŞ Dövlət Departamenti Belarusda keçirilən Prezident seçkisi ilə bağlı açıqlama yayıb. 

"Rupor" xarici mediaya istinadən xəbər verir ki, açıqlamada ABŞ-ın Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanımadığı bəyan edilir:

“Avqustun 9-da keçirilən seçkilər azad və ədalətli deyildi. Elan olunmuş nəticələr legitimliyi əks etdirmirdi. ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir”. 

ABŞ-la yanaşı daha 5 dövlət Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib.


Oxşar xəbərlər