Gürcüstan Prezidenti tələsir: "..tezliklə başa çatdırılmalıdır"


  • 21:21 / 24 09 2020 |
  • Bölmə: Gündəm / Siyasət


“İkitərəfli sərhəd komissiyasının yaradılmasında iştirak etməyimdən qürur duyuram”.

"Rupor" APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün "Twitter" hesabımda yazdığı paylaşımında qeyd edib. 

Prezident bildirib ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası tezliklə başa çatdırılmalıdır: 

“Mən xarici işlər naziri çalışdığım zaman ikitərəfli sərhəd komissiyasının qurulmasında iştirak etmiş şəxslərdən biri olmağımdan qürur duyuram. Bu proses başa çatdırılmalıdır. Bu ortaq milli maraqlarımıza xidmət edir”.


Oxşar xəbərlər