Türkiyə Prezidenti Kanadanın Baş nazirinə Qarabağ mövzusunda yeni bilgilər verdi


  • 10:00 / 17 10 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Castin Trüdou ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.
"Rupor" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.
Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir.
Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.


Oxşar xəbərlər