"Ermənistan bir daha dünyaya öz qanlı və məkrli simasını göstərdi" - Türkiyənin vitse-prezidenti


  • 10:59 / 17 10 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.
"Rupor" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: "Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur".
Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: "Bu cinayətlər cəzasız qalmayacaq".


Oxşar xəbərlər