"İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək" - Çavuşoğlu


  • 11:33 / 17 10 2020 |
  • Bölmə: Gündəm


Ermənistan müharibə cinayəti törətməyə, mülki şəxsləri öldürməyə davam edir.
"Rupor" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, Ermənistan uşaq-qadın demədən məsum insanları öldürür. Bu cinayətlərə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək: "Can Azərbaycan daim yanındayıq".


Oxşar xəbərlər