Daha 21 kənd və 1 qəsəbə işğaldan azad edildi - Prezidentdən möhtəşəm xəbər - Siyahı


  • 20:22 / 21 10 2020 |
  • Bölmə: Gündəm


Azərbaycan Pezidenti, Ali Baş Komandan xalqa növbəti şad xəbərləri bəyan edib.
"Rupor" xəbər verir ki, bu barədə Prezident "Twitter" səhifəsində bildirib.
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".











Oxşar xəbərlər