"Bu siyasi qələbə Azərbaycanın hərbi qələbələrinin nəticəsidir" - Sergey Markov


  • 11:44 / 21 11 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir.
"Rupor" xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, Azərbayan ordusu Ağdama daxil olub və tezliklə azərbaycanlı qaçqınlar oraya qayıdacaq:
"Bu, Azərbaycanın nəhəng siyasi qələbəsidir . Ölkənin ən vacib, ən məşhur şəhəri qan tökülmədən, hər hansı bir itki verilmədən alınıb"
Politoloq əlavə edib ki, bu siyasi qələbə Azərbaycanın hərbi qələbələrinin nəticəsidir:
"Rusiya KTMT-nin üzvü olsa da, Ermənistanın tərəfini tutmadı və neytral mövqedə qaldı".




Oxşar xəbərlər