Xocalı soyqırımında itkin düşən ailənin faciəsindən bəhs edən videoçarx


  • 14:20 / 26 11 2020 |
  • Bölmə: Gündəm / Video


Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.
İcmadan "Rupor"a verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və onun həyat yoldaşı Bəsirə Məhərrəmovanın faciəli həyatından bəhs olunur.
Məlumatda bildirilir ki, bu şəxslərlə bağlı 28 ildir beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər cavabsız qalıb: 
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistandan 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatları tələb edirik”. 





Oxşar xəbərlər