"Diplomatik nümayəndələr Tərtərə atılan raketin şahidi oldular" - Hikmət Hacıyev - Video


  • 14:03 / 28 11 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.
"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.









Oxşar xəbərlər