“Fənərbaxça” klubu şəhid Niyamin Niftalızadəni belə yad etdi - Foto


  • 14:47 / 28 11 2020 |
  • Bölmə: Gündəm / İdman


Türkiyənin “Fənərbaxça” klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib. Niyamin Niftalızadə bu klubun azərkeşi olub. 
"Rupor" xəbər verir ki, “Fənərbaxça”nın rəsmi saytı bu barədə məlumat yayıb.
Məlumatda deyilir: “Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və “sarı-lacivərdli” əklil qoyulub. Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.
Bir müddət öncə şəhid Fərid Dursunovun vəsiyyəti ilə onun məzarı üzərində “Qalatasaray” bayrağı aslıb. Bu hadisədən təsirlənən klub rəhbərliyi şəhidin atası ilə əlaqə saxlayaraq, ona ürək sözlərini bildirib. 









Oxşar xəbərlər