Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı: "Bu ona pis təsir etmişdi"




      Bölmə: Gündəm Tarix: 29.09.2023 / 20:27

"Mənimlə tez-tez beynəlxalq hüquqla bağlı söhbətlər edirdi”. 

Bu sözləri Qaynarinfo-ya sabiq xarici işlər naziri Elmar Məmmədyarov deputat Qənirə Paşayevin vəfatı ilə bağlı danışarkən deyib.

"Onunla xeyli səfərlərdə olmuşam, söhbətlər etmişəm. O, Azərbaycanı çox sevirdi. Patriot kimi bəlkə də Azərbaycanda ən öndə gedən insanların sırasında idi. Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir. Qənirə xanım həm jurnalist, həm də deputat kimi ölkəmiz üçün çox işlər görürür, can yandırırdı. Bu birmənalı olaraq belə idi. Allah ona rəhmət eləsin!”, deyə sabiq nazir bildirib.

Elmar Məmmədyarov mərhum deputatla bağlı xatirələrini də bölüşüb: 

"Bizim dialoqlarımız hər zaman səmimi olurdu. O, doğurdan vətənimiz üçün can yandırırdı. Məndən ən çox beynəlxalq arenada Azərbaycanın mövqeyinin necə olması ilə maraqlandırdı. Beynəlxalq hüquqla bağlı fikirlərimi öyrənirdi. Mənimlə söhbət edəndə maraqlanırdı ki, filan diplomatik məsələlərdən necə çıxmaq olar? Azərbaycan ABŞ, Rusiya və digər ölkələrlə əməkdaşlığı daha da gücləndirmək üçün hası işlər görülməlidir? Bax bu məsələlər ətrafında tez-tez müzakirələr aparırdıq. Qənirə xanımla yadımda qalan çox xatirələrim var”. 

Sabiq nazir həmçinin 2009-cu ildə Ermənistan-Türkiyə sərhədlərinin açılmamasında böyük əməyi olan insan olduğunu da deyib: 

"Bu barədə çox söz danışa bilərəm. Mən nazir olanda o bizimlə birlikdə xarici səfərlərdə də olurdu. 2009-cu ildə Sürix protokollarına əsasən Ermənistan-Türkiyə sərhədi açılması gündəmdə idi. Bu digərləri kimi, Qənir xanıma da çox pis təsir etmişdi. Həmin vaxt Qənirə xanım Türkiyəyə səfər edərək, bir-bir universitetlərə gedib, çıxışlar edirdi. Demək olar ki, günlərlə gecə-gündüz demədən öz işini aparırdı. O, Türkiyədə sübut etdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmadan sərhədlərin açılması düzgün deyil. Şəxsən bu işin dayandırılmasında Qənirə xanımın da çox böyük əməyi oldu”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---