Qərbi Azərbaycan Xronikası: Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - VİDEO




      Bölmə: Gündəm Tarix: 04.10.2023 / 00:55

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Gənc qız saxta erməni tarixini biabır etdi” adlı veriliş efirə gedib.

Verilişdə gənc erməni araşdırmaçı Ani Hakopyanın Ermənistanda azərbaycanlıların tarixi haqqında yazdığı məqaləsində obyektiv olmağa çalışmasına, 1441-ci ildə Üçkilsəyə sığınan, tədricən erməni millətçiliyi və şovinizminin mərkəzi olan Katolikosların uydurduğu, nağılçı tarixçilərin yalanları ilə deyil, gerçəyi çatdırmaq istəyinə yer verilir.

Qeyd olunur ki, 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin - Cahan şahın qanadının altına sığınır. Erməni kilsə mərkəzini Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olur.

Araşdırmaçı azərbaycanlılara qarşı Ermənistanda törədilənləri qələmə alsa da, saxta erməni tarixçilərinin qurbanı kimi uydurma tarixi də təqdim edir, XIX əsrdən başlayan erməni millətçiliyi praktik fəaliyyəti ilə Qərbi Azərbaycanda oğuz türklərinin sayının azalmasını, tarixi gerçəkliyi səmimiyyəti ilə etiraf edir:

“Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində çox sayda azərbaycanlı yaşayırdı. Qarabağ müharibəsindən sonra yaranmış gərgin Ermənistan-Azərbaycan vəziyyəti nəticəsində azərbaycanlı icması Ermənistan ərazisini tərk edib. XIX əsrin əvvəllərində azərbaycanlılar və tatarlar Ermənistan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. XX əsrdə Ermənistanda tarix boyu yaşayan azərbaycanlılar ayrı-seçkiliyə məruz qalmağa başladılar”.

Verilişdə diqqətə çatdırılır ki, bu, ifadələr əslində yalan dastanlar danışan tarix müəllimlərinə və tarixçilərə bir erməni qızının vurduğu solaxay şillədir.

Sonda vurğulanır ki, erməni xəstəliyindən, faşist ideologiyadan qurtulmaq yolu ilə yalnız Ani  Hakopyan kimi gənclər insan kimi yaşaya bilərlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---