Arvadını öldürən və qızını yaralayan ata tutuldu - Yeniləndi


  • 09:43 / 05 07 2020 |
  • Bölmə: Hadisə


Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. 

"Rupor" xəbər verir ki, hadisə dünən gecə Naftalan şəhərində baş verib. 

Cinayəti törədən şəxsin kimliyi məlum olub. Hadisənin 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğlu tərəfindən törədildiyi bildirilir və həmin şəxs polislər tərəfindən saxlanılıb. 

Z. Məmmədovun bıçaqlayaraq qətlə yetirdiyi Elnurə Verdiyevə onun ikinci həyat yoldaşıdır. Hadisə günü sərxoş olan Zəfər 18 yaşlı ögey qızı A.Həsənovanı öldürmək istəyib. Bıçaq zərbəsi qalan qız evdən qaça bilib. Zəfər qarşısına çıxan həyat yoldaşını da bıçaqlayıb. 

haya gələn qonşulardan biri yaralını şəxsi avtomobili ilə xəstəxanaya aparmaq istəsə də, qadın çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Ağır xəsarət alan qız hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, hazırda reanimasiya şöbəsindədir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.




Oxşar xəbərlər