Mayor hansı səbəbdən vəfat etdi? - Rəsmi cavab


  • 15:51 / 31 07 2020 |
  • Bölmə: Hadisə


Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yayıb. 

Nazirlikdən "Rupor"a verilən məlumatda deyilir: 

"Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.


Oxşar xəbərlər