Azərbaycanlı “qanuni oğru” azadlığa çıxdı - 8 il tez


  • 21:14 / 09 08 2020 |
  • Bölmə: Hadisə


Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov azadlığa çıxıb.

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Belarus Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə R.İsmayılovun vaxtından 8 il tez azadlığa çıxmasına dair qərar verib.

“Rəşad Gəncinski” 2018-ci ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi. Ötən ilin iyulunda isə Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”nu 10 il müddətinə azadlıqdan məhrum etmişdi.



Oxşar xəbərlər