Xətainin sabiq prokurorunun qaynı öldürülüb? - Rəsmi açıqlama


  • 22:29 / 24 09 2020 |
  • Bölmə: Hadisə


"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb".


Bu barədə "Rupor"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir.Istintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. 

Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".


Oxşar xəbərlər