Dağıntılar altından tapılan yeniyetmənin sabah ad günü olacaqdı - Foto


  • 12:17 / 17 10 2020 |
  • Bölmə: Hadisə


Gəncə şəhərində dağıntılar arasında yeniyetmənin şəxsiyyət vəsiqəsi aşkar edilib.
"Rupor" xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində baş verən dağıntıların arasında Nigar Əsgərovanın şəxsiyyət vəsiqəsi tapılıb: "Sabah, oktyabrın 18-də onun ad günü olacaqdı".
Qeyd edək ki, Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb.


Oxşar xəbərlər