General-mayor Emin Şəkinski vəfat etdi


  • 12:02 / 21 10 2020 |
  • Bölmə: Hadisə


Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.
"Rupor" xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.
1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.



Oxşar xəbərlər