Gündəlik yoluxma sayı 700-ü keçdi - Statistika


  • 15:10 / 21 10 2020 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Rupor" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46.593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40.448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5503 nəfərdir.

Ötən müddət ərzində 1.250.736 test aparılıb. Bugünkü test sayı isə 9072-dir.



Oxşar xəbərlər