Azərbaycanda virusa yoluxanların sayı yenə artdı - Qorxunc statistika


  • 18:03 / 26 11 2020 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Rupor" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib, aktiv xəstə sayı 36 273 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 178, ötən müddət ərzində isə ümumilikdə 1 665 832 test aparılıb.





Oxşar xəbərlər